RU

Kiyevə gələn yüksəksəviyyəli qonaqlar Ukraynaya tammiqyaslı hücumun ildönümü tədbirlərində iştirak edəcəklər

Kiyev, 24 fevral, AZƏRTAC

Avropa İttifaqının rəhbərləri, Şimali Avropa və Baltikyanı ölkələrin liderləri də daxil olmaqla on bir xarici dövlət rəsmisi Ukraynaya tammiqyaslı təcavüzün başlanmasının dördüncü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Kiyevə gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin nümayəndəsi Sergey Nikiforov məlumat verib.

Onun sözlərinə görə, Ukraynaya aşağıdakı şəxslər gəlib: Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Latviyanın Baş naziri Evika Silinya, Estoniyanın Baş naziri Kristen Mixal, İslandiyanın Baş naziri Kristrún Frostadottir, Danimarkanın Baş naziri Mette Frederiksen, İsveçin Baş naziri Ulf Kristersson, Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb.

Nikiforov əlavə edib: “Bir çox başqa ölkə və təşkilat da digər səviyyələrdə təmsil olunur. O, elan edib ki, Volodimir Zelenski, Birinci xanım və xarici qonaqlar Ukrayna üçün dualar edəcək və həlak olan müdafiəçilərin xatirəsini anacaqlar.

Onun sözlərinə görə, qonaqlar Rusiyanın hücumları nəticəsində dağıdılmış enerji infrastrukturu obyektinə baş çəkəcəklər. Kiyevdə “İstəklilər koalisiyası”nın iclası və “Ukrayna - Şimali Avropa və Baltikyanı ölkələr” sammiti də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
4
5
azertag.az

6Источники