RU

Bu deputatlara vəzifə verildi - ADLAR

Milli Məclis daha 4 parlamentlərarası əlaqələr üzrə İşçi qruplarını formalaşdırıb.

Paytaxt.org-un məkumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında sözügedən məsələ ilə bağlı layihə müzakirəyə çıxarılıb. Deputat Nigar Arpadarainin təqdim etdiyi layihəyə əsasən, aşağıdakı parlamentlərarası İşçi Qruplarının formalaşdırılması təklif edilir:

Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;
Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu - Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu.
Bundan əlavə, Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunda sədr postuna dəyişiklik edib. Belə ki, bundan sonra İşçi Qrupa Ramil Həsəninin yerinə Vasif Qafarov sədrlik edəcək.
Məsələ səsə qoyularaq qəbul edilib.

Избранный
36
30
paytaxt.org

10Источники