RU

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri açıqlanıb

Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisinin Avropa çempionatının ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, yığma martın 27-dən 29-dək İspaniyanın ev sahibliyi edəcəyi C qrupunda mübarizə aparacaq.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, ikinci təsnifat mərhələsində 20 komanda beş qrupda yarışacaq və yalnız qrup birinciləri AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.

C qrupu
27 mart

20:00. Estoniya – Niderland
22:30. İspaniya – Azərbaycan

28 mart
20:00. Niderland – Azərbaycan
22:30. Estoniya – İspaniya

29 mart
20:00. Azərbaycan – Estoniya
22:30. Niderland – İspaniya

İdman.Biz
Избранный
5
2
idman.biz

2Источники