RU

Ölkə iqtisadiyyatına böyük investisiyaların qoyulmasına ehtiyac var - Qüdrət Həsənquliyev

"Azərbaycan hazırda Avropanın və dünyanın inkişaf etmiş, yeni texnologiyalara sahib onlarla ölkəsi ilə strateji tərəfdaşlığa dair saziş imzalayıb. Bu müqavilələrin dəyəri həm də onunla ölçülməlidir ki, onlar Azərbaycanın qeyri-neft sektoruna nə qədər investisiya qoyub, nə qədər müasir texnologiya gətirib, iş yeri açıb və yaxud neçə azərbaycanlı tələbəni pulsuz oxudub. Mən kiçik bir araşdırma apardım. 2019–2023-cü illərdə Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Niderland, İsveçrə başda olmaqla qeyri-neft sektoruna cəmi 6,2 milyard dollar investisiya yatırılıb. Təəssüf ki, son iki ilin rəqəmlərini əldə edə bilmədim. Hesab edirəm ki, bu azdır".

Hakimiyyet.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib. 

Deputat  hesab edir ki, ölkə iqtisadiyyatına böyük investisiyaların qoyulmasına ehtiyac var:  " Biz bilirik ki, dövlət idarə, müəssisə və təşkilatlarında ixtisarlar aparılır, həmçinin iri holdinqlərdə işçiləri ixtisar etməyə başlayıblar. Kiçik və orta sahibkarların isə bu insanları işlə təmin etmək imkanları çox məhduddur”.

Mürtəza

Избранный
1
1
hakimiyyet.az

9Источники