RU

“Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək

Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüslə çıxış edir.

Belə ki, 1 mart 2026-cı il tarixində qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək.

PASHA Malls-un dəstəyi ilə baş tutacaq yarmarka Crescent Mall-da saat 10:00-da start götürəcək.

Hər kəsin dəvətli olduğu yarmarkada bir-birindən unikal əl işləri və hədiyyələr layihəyə özəl, xüsusi endirimli qiymətlərlə satışa çıxarılacaq.

Layihə qadın sahibkarların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq. Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Həmçinin, yarmarka ziyarətçilərə ölkənin müxtəlif biznes istiqamətində fəaliyyət göstərən qadın sahibkarların məhsul və xidmətləri ilə tanış olmaq, onları dəstəkləmək və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq şansı yaradacaq.

Избранный
19
21
publika.az

10Источники