RU

Tərk edilmiş quzunun "anası" oldu - FOTO

Antalya şəhərinin Aksu rayonundan olan Meliha Erten adlı qadın atdığı addımla hər kəsin diqqətini çəkib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  qadın quzunu himayəsinə götürüb. Belə ki, təsərrüfatında saxladığı qoyun üçəm dünyaya gətirib. Lakin ana qoyun quzularından birini rədd edib.  Daha sonra Erten quzunu övladlığa götürüb 

Onun qeyri-adi hekayəsi gündəm yaradıb. Ertenin sözlərinə görə, quzu ölüm ayağında olub, onu sağaltmaq zaman və qayğı tələb edib.  

"İndi o, mənim körpəmdir. Hara gedirəmsə, o, həmişə mənimlədir", - qadın dedi.

 Dostlarını ziyarət edərkən və ya parkda gəzintiyə çıxararkən Meliha Erten quzuya körpə uşaq kimi baxır və onu özü ilə aparır.  

 

Избранный
1
50
unikal.az

10Источники