RU

Stolüstü tennis üzrə "Baku Open" turniri keçiriləcək

Aprelin əvvəlində Azərbaycanda "Baku Open" turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan yarış "Şüa" İdman Kompleksində təşkil olunacaq.

Turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər çıxış edəcəklər.

Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. Aprelin 4-5-i və 11-12-də keçiriləcək yarışın mükafat fondu 3 min manat olacaq.

Избранный
4
7
fanat.az

10Источники