Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Suriyanın şimal-şərqində təhlükəsizlik qüvvələrinə hücum olub.
Axar.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Rakka şəhərində baş verib. Naməlum silahlılar təhlükəsizlik qüvvələrinə məxsus nəzarət-buraxılış məntəqəsinə hücum edib. Hücumun qarşısı alınsa da, nəticədə 4 təhlükəsizlik əməkdaşı həlak olub, daha 2 nəfər yaralanıb. Hücum edənlərdən biri zərərsizləşdirilib.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri hadisə yerinə yaxın ərazilərdə genişmiqyaslı əməliyyat keçirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.