RU

Rəqəmsal dərsliklərlə məktəb çantaları yüngülləşir

“Hər məktəblinin çantası artıq ağır deyil”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Rəqəmsal dərslər və rəqəmsal dərsliklər artıq uzun müddətdir ki, həm şagirdlərə, həm də müəllimlərə təqdim olunur. Şagirdlər artıq dərslərin elektron dərsliklərlə aparılmasını istəyirlər və bu imkanlardan istifadə edirlər.

Gələcəkdə isə təqdim ediləcək rəqəmsal məktəb formatında sinif rəhbərləri və digər əməkdaşlarımız da bu layihəyə cəlb olunacaq. Bu resurslar müəllimlərə dərsliklərdən istifadə etməklə dərsləri effektiv şəkildə aparmaq imkanı verəcək.

Müşahidələr göstərir ki, hər yerdə rəqəmsallaşma eyni səviyyədə deyil. Buna görə müəllimlər bu gün dərsləri ya elektron, ya da ənənəvi dərsliklə aparmaqla bağlı qərar verə bilərlər".

Избранный
5
1
azedu.az

2Источники