RU

Süni intellekt təhsil müəssisələrində necə tədris olunacaq? 

“Süni intellektin təhsildə tətbiqi və tədrisi mütləqdir. Bununla bağlı bir neçə məzmun təqdim olunub”. 


Manset.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov bu gün keçirilən brifinqdə deyib. 

Vüsal Xanlarov xüsusilə vurğulayıb ki, bir sıra ölkələrdə süni intellekt şagirdlərə sadəcə texnologiya olaraq, bəzilərində isə xüsusi fənn olaraq tədris olunur. Bu aspektdən fərqli yanaşmalar mövcuddur:

“Biz süni intellektin təhsil müəssisələrində daha effektiv formada tətbiqi ilə bağlı müzakirələri davam etdiririk. Ən faydalı yanaşmanın tətbiq edilməsi üçün çalışırıq”, - deyə Vüsal Xanlarov qeyd edib. 


Fidan Vəlisoy

Избранный
6
manset.az

1Источники