RU

Gənc müəllimlər texnologiyanı daha tez mənimsəyir

"Biz müşahidə etmişik ki, gənc müəllimlər texnologiyanı daha sürətlə mənimsəyir və dərslərində onu daha tez tətbiq edirlər",

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov söyləyib.

O, həmçinin qeyd edib ki, platformaların tətbiqi zamanı bəzi müəllimlər üçün çətinliklər yarana bilər, lakin bu proses izlənilir və dəstək göstərilir:

"Hər bir istifadəçi sistemə öz login və siması ilə daxil olur. Bu da bizə imkan verir ki, müəllimlərin istifadəsini izləyək və ehtiyac olduqda dəstək verək. Beləliklə, platformalar vasitəsilə həm müəllimlər, həm də şagirdlər üçün şəffaf, izlənilə bilən və təhlükəsiz mühit formalaşdırmışıq".

Избранный
6
1
azedu.az

2Источники