MDB Hökumət Başçıları Şurasının 22 may tarixində Türkmənistanda keçirilməsi planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə MDB Baş katibinin birinci müavini İqor Petrişenko məlumat verib.
O, jurnalistlərə bildirib ki, bu gün biz həmçinin sədrlik edən dövlətdə - Türkmənistanda keçirilməsi planlaşdırılan Hökumət Başçıları Şurasının gündəliyini təsdiqlənəcək.
Petişenkonun sözlərinə görə, hazırda gündəliyə 11 məsələ daxildir ki, bunlar əsasən iqtisadi məsələlər, konqres və sərgi fəaliyyətləri, nəqliyyat dəhlizləri, rəqəmsallaşdırma və 2027-ci il üçün Minsk şəhərinin və 2028-ci il üçün Qarağan şəhərinin [MDB] mədəniyyət paytaxtı təyin edilməsi ilə bağlıdır.