RU

"Dünyanın elə bir dövləti yoxdur ki, orada sosial problem olmasın" - Deputat

"Dünyanın elə bir dövləti yoxdur ki, orada sosial problem olmasın. Amma bizim perspektivimizdə sosial problemlərin həlli kəsərli görünür".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirdi.

O əlavə etdi ki, Qarabağ və Şərqi Zəngəzurun quruculuq və bərpasına ayrılan milyardlar, orada işlər başa çatdıqdan sonra sosial problemlərə yönəldiləcək:

"Görün, bizi hansı perspektiv gözləyir. Bu gün anti-Azərbaycan dairələrini narahat edən bu deyil, Azərbaycanda mövcud sosial problemlərin həllini tapmasıdır. Çünki onlara insanlara təsir etmək üçün son şansları, yəni bu sosial problemlərdir. Ona görə də xarici xüsusi xidmət orqanlarının tezisləri əsasında, xüsusən Şimal-Cənub dəhlizində ictimai-siyasi qarşıdurma yaratmaq üçün bütün güclərini səfərbər ediblər. Azərbaycan xalqı da çox yaxşı bilir ki, çiyin-çiyinə dövlət əleyhinə fəaliyyət göstərən partiya funksionerinin xalqın adını çəkməyə haqqı yoxdur. Ən vacib fakt isə möhkəm sülh və dayanıqlı sabitlikdir ki, bu da firavan gələcəyimizə nail olmaq üçün əsas şərtdir".

Nuriyyə NATİQQIZI

 

Избранный
15
1
redaktor.az

2Источники