RU

Azad edilmiş ərazilərdəki sənaye parklarının ötən il üzrə göstəriciləri açıqlanıb

Bakı. Trend:

Ötən il azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarındauğurlu nəticələr əldə edilib. Belə ki, Ağdam Sənaye Parkı qısamüddətdə regional iqtisadi mərkəzə çevrilib. Burada 32 rezident və5 qeyri-rezident qeydiyyatdan keçib, 145,8 milyon manat investisiyayatırılıb və 1000-ə yaxın daimi iş yeri yaradılıb.

Trend xəbərverir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyindəİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətininsədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrəfəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, rezidentlərin sayına görə park artıq ölkədəikinci yerdədir: "İşə qəbul zamanı yerli əhaliyə üstünlük verilir.Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir.Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı,həm də ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun da62,3 milyon manatlıq hissəsi ixrac olunub".

S. Adıgözəlov eyni zamanda bildirib ki, Cəbrayıl rayonundayerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 19rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib: "Parkda 43,8milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeriyaradılıb.

Bununla yanaşı, Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabulsənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı sənayeməhəllələrində istehsalın genişləndirilməsi və yeni layihələrinicrası davam etdirilir.

2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cıildə təsis edilmiş Qərb Sənaye Parkında da hazırda zəruriinfrastrukturun qurulması istiqamətində işlər aparılır.

Ümumilikdə, yaradılan sənaye infrastrukturu regionlardasahibkarlığın inkişafına, sənaye potensialının balanslı şəkildəformalaşdırılmasına və iqtisadi aktivliyin genişlənməsinə xidmətedir".

Избранный
19
4
az.trend.az

5Источники