RU

Tramp: “İranla bağlı qərarı mən verirəm, razılıq əldə olunmasa…”

ABŞ Prezidenti Donald Tramp general Keynin İranla bağlı mövqeyi barədə mediada yayılan məlumatları təkzib edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Truth Social sosial şəbəkəsində yazıb.

“Feyk media orqanlarında çoxsaylı yazılar yayılıb ki, “Razin” ləqəbi ilə tanınan general Daniel Keyn guya İranla müharibəyə qarşı çıxır. Bu materiallarda mənbələr göstərilmir və onlar 100 faiz yanlışdır. General Keyn, hamımız kimi, müharibə istəməzdi. Lakin İrana qarşı hərbi qərar qəbul edilərsə, o hesab edir ki, qələbə asanlıqla əldə olunacaq.

O, İrana yaxşı bələddir, çünki İranın nüvə proqramına qarşı həyata keçirilən “Midnight Hammer” əməliyyatına rəhbərlik edib. Bu artıq inkişaf proqramı deyil, bizim B-2 bombardmançılarımız tərəfindən tamamilə məhv edilmiş obyektdir.

Keyn görkəmli hərbçidir və dünyanın ən güclü silahlı qüvvələrini təmsil edir. O, İrana qarşı addım atılmamalı olduğunu deməyib və mediada yazıldığı kimi heç bir “məhdud zərbələrdən” bəhs etməyib. O, yalnız bir şeyi bilir — necə qalib gəlmək lazımdır. Əgər ona əmr verilərsə, əməliyyata rəhbərlik edəcək.

İranla mümkün müharibə barədə yazılanların hamısı yanlış təqdim olunub və qəsdən təhrif edilib. Qərarı mən verirəm. Mən razılaşma əldə etməyə üstünlük verərdim, lakin razılıq olmasa, həmin ölkə üçün çox ağır bir gün gələcək — və təəssüf ki, böyük və ləyaqətli xalqı üçün də, hansı ki, belə vəziyyətə düşməməli idi”, — deyə Ağ Evin sahibi bildirib.

Bizim.Media

Избранный
1
1
bizim.media

2Источники