RU

Azərbaycanın sənaye zonalarında ötən il 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib - Seymur Adıgözəlov

Bakı. Trend:

2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manatayaxın məhsul satışı həyata keçirilib, bunun da 1,2 milyard manatıixracın payına düşüb. Ötən illə müqayisədə istehsal 21,1 faiz,ixrac isə 13,4 faiz artıb.

Trend xəbərverir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyindəİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətininsədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrəfəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuatkonfransında deyib.

O bildirib ki, bu gün sənaye zonalarında istehsal edilənməhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur:

"Bütün bunların nəticəsi olaraq, ötən il qeyri-neft sənayeməhsullarının istehsalında sənaye zonalarının payı 19,1 faiz,qeyri-neft ixracında isə 33,9 faiz təşkil edib. Bu göstəricilərsənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardanbirinə çevrildiyini göstərir".

Избранный
16
5
az.trend.az

6Источники