RU

Ötən il sənaye zonalarında 4 milyard manata yaxın məhsul satılıb

BAKI, 24 fevral. TELEQRAF

2025-ci ildə Azərbaycanın sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib, bunun da 1,2 milyard manatı ixracın payına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, ötən illə müqayisədə istehsal 21,1%, ixrac isə 13,4% artıb:

“Bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur. Ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edib”.

Избранный
14
5
teleqraf.com

6Источники