RU

30 yaşlı qadın evinin həyətində ölü tapıldı

Şəmkir rayonunda 30 yaşlı qadının meyiti yaşadığı evin həyətində tapılıb.

Milli.Az xəbər verir ki, hadisə fevralın 23-ü saat 15 radələrində rayonun Çinarlı qəsəbəsində baş verib.

1996-cı il təvəllüdlü Şəlalə Etibar qızı Nəbiyevanın meyiti yaxınları tərəfindən evin həyətində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Избранный
6
3
milli.az

4Источники