RU

“Ana harayı” ətrafında hazırlıq işləri yekunlaşır - Fotolar

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq Bakıda yerləşən "Ana harayı" abidəsinin ətrafında hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bu barədə “Yeni Sabah”a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb. Abidənin ətrafına güllər əkilib, parkın yaşıllıq örtüyü yenisi ilə əvəz olunub. Ümumilikdə 30 min gül və dekorativ kol əkilib, 8 min kvadratmetr sahədə yeni qazon salınıb.

Anım günü ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri görülüb. Xocalı prospekti boyunca işıq dirəklərinə “Xocalıya ədalət” şüarları əks olunan plakatlar vurulub, ətraf binaların fasadlarına mövzu ilə bağlı banerlər yerləşdirilib.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah Hüseynov bildirib ki, həyata keçirilən tədbirlər anım mərasiminin yüksək səviyyədə təşkili məqsədi daşıyır.

Xatırlatma: Xocalı soyqırımına həsr olunan "Ana harayı" Abidə Kompleksi 1993-cü ildə inşa edilib. O, faciə qurbanlarının doğmaları üçün ziyarət məkanlarından biri hesab olunur. Kompleksdə gecə vaxtı evindən qaçmağa məcbur qalan və qucağında həlak olmuş körpəsini tutan ana fiquru təsvir edilib. Postamentin aşağı hissəsində isə soyqırımı ilə bağlı faktlar və həlak olanların xatirəsinə ithaf olunmuş məlumatlar yerləşdirilib.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
2
yenisabah.az

1Источники