RU

Bu, sonun başlanğıcıdır

Ukrayna Prezidenti Vladimir bildirib ki, Rusiya və Ukrayna münaqişənin sonunun başlanğıcındadır.

Publika.az xəbər verir ki, Zelenski bu barədə “Financial Times” qəzetinə verdiyi müsahibədə deyib.

"Ukraynaya lazımdır ki, atəş dayansın. Bizə fasilə lazım deyil. Müharibəyə son qoymaq lazımdır", - deyə o bildirib.

Zelenski möhkəm təhlükəsizlik zəmanəti olmadan istənilən atəşkəsin "böyük risklər" daşıyacağını vurğulayıb. O, həmçinin Avropa Birliyini "hücumları" dayandırmağa və Ukraynanın bloka qoşulması üçün tarix təyin etməyə çağırıb. Ukrayna prezidentinin sözlərinə görə, bu, 2027-ci ilin əvvəlində baş verməlidir.

Zelenski Qərb tərəfdaşlarının seçkilər vasitəsilə ondan yaxa qurtarmağa çalışdıqlarından şübhələnir. O, həmçinin prezidentlik yarışında iştirakına işarə edərək, istənilən seçkinin hətta "kövrək atəşkəs" şəraitində belə keçirilə biləcəyini iddia edib.

Избранный
10
publika.az

1Источники