RU

İcarəyə göndərdiyi hücumçunu izləyir - “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres Fransa Liqa 1-də icarə əsasında çıxış edən 19 yaşlı hücumçu Endrikin oyununu diqqətlə izləyir.

Braziliyalı forvard qış transfer pəncərəsində mövsümün sonuna qədər “Lion”a icarəyə göndərilib.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Endrikin Fransa çempionatında uğurlu çıxış edərək əsas heyətdə möhkəmlənəcəyinə ümid edir.

Bildirilir ki, Endrik “Lion”da özünü yaxşı tərəfdən göstərəcəyi halda, onun gələcəkdə “Real”ın əsas heyətində yer almaq şansı xeyli artacaq.

O, yeni komandasında artıq diqqət çəkməyi bacarıb və “Lion” forması ilə keçirdiyi 7 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Lion” hazırda Fransa çempionatında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Избранный
3
sportinfo.az

1Источники