RU

ABŞ-də İranla bağlı müzakirələr davam edir - General xəbərdarlıq etdi

Vaşinqtonda Donald Tramp administrasiyası daxilində İranla bağlı strategiya ətrafında müzakirələr davam edir.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Dan Caine İrana qarşı mümkün hərbi əməliyyatların ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, belə addım ABŞ-ni uzunmüddətli münaqişəyə sürükləyə bilər.

Mənbələrin iddiasına əsasən, Trampa yaxın bəzi şəxslər ehtiyatlı mövqe tutmağa çağırsa da, Prezidentin İrana zərbə endirməyə meylli olduğu qeyd olunur.

Qeyd edək ki, Donald Tramp “Truth Social” platformasında yayılan məlumatları təkzib edərək, qərarı özünün verəcəyini və razılaşmaya üstünlük verdiyini bildirib. O əlavə edib ki, razılaşma əldə olunmasa, nəticələr İran üçün ağır ola bilər.

Seyranə QuliyevaMissiya.Az

Избранный
13
missiya.az

1Источники