RU

Serbiyada prezidentinə və ailəsinə sui-qəsd planlaşdıran şəxslər saxlanıldı

Serbiya polisi Serbiya prezidenti Aleksandr Vuçiçə və ailəsinə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki kişini saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər saxlanılanlar (1975 və 1983-cü il təvəllüdlü) prezidentə və onun ailə üzvlərinə sui-qəsd planlaşdırıblar. Onlar Kralyevo şəhərində Təhlükəsizlik və İnformasiya Agentliyi ilə birgə keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

"Şübhəlilər 48 saata qədər dindiriləcək və cinayət şikayəti verildikdən sonra Kralyevodakı Ali Prokurorluğa aparılacaqlar", - deyə açıqlamada bildirilir.

Gülayə Mecid

Избранный
11
50
unikal.az

10Источники