RU

“Valensiya” Argentina millisinin sabiq müdafiəçisini transferini açıqlayıb

Argentinalı sağ cinah müdafiəçisi Rentso Saraviya “Valensiya”ya keçib.

İdman.Biz bildirir ki, 32 yaşlı futbolçunun transferi klubun mətbuat xidməti tərəfindən komandanın rəsmi saytında açıqlanıb. Saraviya yeni klubunda 25 nömrəli formanı geyinəcək.

Həmçinin qeyd olunur ki, Saravia zədə səbəbindən uzun müddət sıradan çıxan sağ cinah müdafiəçisi Dimitri Fulkyenin yerini tutacaq. Argentinalının son klubu bu ilin yanvar ayında komandadan ayrıldığı Braziliyanın “Atletiko Mineyro” klubu olub.

Avropada Rentso Saravia “Portu”da oynayıb. O, həmçinin Argentina millisində doqquz oyun keçirib.

İdman.Biz
Избранный
14
idman.biz

1Источники