RU

Bu klinikalar cərimələnə bilər

“Azərbaycanda lisenziyası olmayan həkimləri işlətmək qadağandır. Bununla bağlı həm həkim, həm də özəl klinika rəhbərliyi inzibati, gələcəkdə də həmçinin cinayət məsuliyyətinə cəlb oluna bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında vəkil Aysel Süleymanova deyib.

O bildirib ki, tibbi xidmət göstərmək üçün lisenziya və sertifikat tələb olunur: “Bu hallar qanunvericiliklə müəyyənləşdirilir, pozulduqda həm həkim, həm də müəssisə inzibati məsuliyyətə cəlb edilərək cərimə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə görə, lisenziya olmadan özəl tibbi fəaliyyət göstərmək fiziki şəxslər üçün 2000-3000, vəzifəli şəxslər 5000-10.000, hüquqi şəxslər 30 000 manatadək cərimələnə bilər”.

Избранный
5
2
konkret.az

3Источники