İngiltərə Premyer Liqasında 27-ci turun matçları başa çatıb.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Everton" və "Mançester Yunayted" üz-üzə gəlib.
Görüş yeganə qolu oyuna sonradan daxil olan "qırmızı şeytanlar"ın hücumçusu Benyamin Şeşko vurub.
Beləliklə, MY Maykl Kerrik dövründə 6 matçında 5-ci qələbəsini qazanıb.
Onlar 48 xalla 4-cü yerdədir.
"Everton" isə 37 xalla 9-cudur.
"Mankunianlar"a qələbə gətirən qolu sizə təqdim edirik: