Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Şəmkir şəhərində genişmiqyaslı yaşayış kompleksi tikəcək.
BAKU.WS-in məlumatına görə, layihə 5,76 hektar torpaq sahəsini əhatə edəcək.
İlk olaraq komplekin inşaası üçün ilkin layihə-smeta sənədləri hazırlanacaq. Bundan sonra layihənin həyata keçirilməsinə start veriləcək.
Qeyd edək ki, müasir yaşayış kompleksinin inşaası şəhərdə mənzil təminatını yaxşılaşdıra və xüsusilə gənc ailələrin evlə təmin olunmasına dəstək verəcək.