RU

“Teşkilat”dan ayrılmasının səbəbini ilk dəfə açıqladı

Məşhur türkiyəli aktrisa Deniz Baysal “Teşkilat” serialından ayrılmasının öz istəyi ilə olmadığını, ssenariyə edilmiş qəfil dəyişiklik nəticəsində baş verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o bu barədə İbrahim Səlimin proqramına qonaq olarkən danışıb.

“Mənim üçün qəfil oldu, hekayəyə görə uzaqlaşdırıldım”, – deyə aktrisa “Teşkilat” serialının dördüncü mövsümündən çıxarılma səbəbini izah edib.

İlk üç mövsümdə baş rol oynamış Deniz Baysal ayrılma prosesinin təxminən 1,5 il boyunca emosional boşluq yaratdığını bildirib:

“1,5 il o boşluğu hiss edirəm. Üç mövsüm ardıcıl bir layihədə idiniz, sonra son anda çıxarıldınız. Bu, mənim üçün qəfil oldu və hekayəyə görə uzaqlaşdırıldım. Özümü buna hazırlamamışdım”, - deyə aktrisa əlavə edib.

Qeyd edək ki, D.Baysal hazırda TRT1-də yayımlanan “Taşacak Bu Deniz” serialında Esme obrazını canlandırır.

Bizim.Media

Избранный
9
1
bizim.media

2Источники