RU

WP: Keyn ABŞ-nin İsrail və Ukraynaya dəstək səbəbilə silah ehtiyatlarının azaldığını etiraf edib

General İrana qarşı mümkün genişmiqyaslı əməliyyatın sursat çatışmazlığı fonunda riskli olacağını bildirib...

Poliqon xəbər verir ki, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn prezident Donald Trampa ölkənin kritik əhəmiyyətli sursat ehtiyatlarının tükənmək üzrə olduğu barədə xəbərdarlıq edib. General bildirilib ki, buna səbəb İsrail və Ukraynaya davam edən hərbi dəstəkdir və bu vəziyyət İran əleyhinə mümkün genişmiqyaslı hərbi əməliyyat üçün əlavə risklər yaradır.

The Washington Post nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, ötən həftə Ağ evdə keçirilən görüş zamanı Keyn Trampa və onun köməkçilərinə bildirib ki, İrana qarşı hər hansı böyük hərbi kampaniya sursat çatışmazlığı və müttəfiqlərin kifayət qədər dəstəyinin olmaması səbəbilə ciddi çətinliklərlə üzləşə bilər. General əməliyyatın mürəkkəbliyini və ABŞ hərbçiləri arasında itkilər ehtimalını da vurğulayıb.

Məlumatda qeyd olunur ki, son aylarda Yaxın Şərq və Şərqi Avropada davam edən proseslər fonunda ABŞ-nin hərbi ehtiyatlarına düşən yük artıb. Bu isə Vaşinqtonun eyni vaxtda bir neçə istiqamətdə genişmiqyaslı hərbi əməliyyat aparmaq imkanlarını məhdudlaşdıra bilər.

Məqalə yayımlandıqdan sonra Axios nəşrinin materialına reaksiya verən Donald Tramp sosial şəbəkədə yayımladığı açıqlamada Dan Keynin “İranla müharibəyə qarşı olduğu” barədə iddiaları təkzib edib. Tramp Truth Social platformasında yazıb ki, “General Keyn, hamımız kimi, müharibəsiz yol tapılmasına üstünlük verərdi, lakin İranla hərbi səviyyədə qarşıdurma qərarı verilsə, onun fikrincə bu, asan qələbə olacaq”.

Hazırda rəsmi Vaşinqton İranla bağlı mümkün ssenarilər üzrə ictimai mövqeyini açıq şəkildə bəyan etməyib. Lakin hərbi ehtiyatların vəziyyəti və müttəfiqlərin mövqeyi ilə bağlı müzakirələrin davam etdiyi bildirilir. Ekspertlər hesab edirlər ki, regionda gərginliyin artması ABŞ-nin strateji planlamasında mühüm rol oynayır və mümkün qərarlar həm daxili siyasi, həm də beynəlxalq təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Poliqon.info

Избранный
26
poliqon.info

1Источники