RU

ABŞ altı sənaye sahəsində yeni rüsumlar tətbiq edə bilər

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ administrasiyası Ağ Evin tarif siyasəti ilə bağlı Ali Məhkəmənin qərarından sonra altı sənaye sahəsində yeni gömrük rüsumlarının tətbiqini nəzərdən keçirir.APA xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ hakimiyyəti iri tutumlu batareyalara, plastik borulara, sənaye kimyəvi maddələrinə, eləcə də enerji sistemləri üçün avadanlıqlara və telekommunikasiya texnikasına rüsum tətbiq etməyi planlaşdırır.

Qeyd olunur ki, Vaşinqton administrasiyası bunun üçün prezidentə tariflər sahəsində geniş səlahiyyətlər verən Ticarət haqqında Qanunun 232-ci maddəsindən istifadə etmək niyyətindədir.Ağ ev aparat rəhbərinin müavini Stiven Miller ötən həftə bildirib ki, Ali Məhkəmə ABŞ prezidentinin, o cümlədən 232-ci maddəyə əsasən, rüsum tətbiq etmək səlahiyyətinə malik olduğunu təsdiqləyib.

Yeni tariflərin nə vaxt elan olunacağı barədə hələlik məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
3
apa.az

4Источники