RU

Orban: Ukrayna nefti siyasi alətə çevirərək Aİ ilə sazişi pozur

Ukrayna Rusiya neftinin “Drujba” kəməri vasitəsilə tranzitini bərpa etməməklə və nefti siyasi alət kimi istifadə etməklə Avropa İttifaqı ilə imzaladığı assosiasiya sazişini pozur.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Hökümət başçısı xatırladıb ki, Ukrayna 2014-cü ildə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb və bu sənədə əsasən öz ərazisindən Aİ-yə üzv ölkələrə enerji daşıyıcılarının tranzitini təmin etməyi öhdəsinə götürüb.

“Ukrayna Macarıstana neft tədarükünü təmin etməyə borcludur və bunu siyasi silah kimi istifadə edə bilməz. Hazırda Ukraynanın etdiyi addımlar sazişin açıq şəkildə pozulmasıdır”, – deyə Orban bildirib.

Избранный
24
1
apa.az

2Источники