RU

Tramp İrana saziş çağırışı edib, əks halda “pis gün”lə hədələyib

BAKI, 24 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar ərəfəsində Tehrana saziş bağlamaq çağırışı edib və əks halda İslam Respublikasını “çox pis gün”ün gözlədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, saziş bağlamağa üstünlük verərdi, lakin razılaşma əldə olunmasa, bu, ölkə üçün “çox pis gün” olacaq.

Qeyd edək ki, bundan əvvəl İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlar fonunda Tehranın istənilən inkişaf ssenarisinə hazır olduğunu bəyan etmişdi.

Избранный
17
teleqraf.com

1Источники