RU

Rubio Karib hövzəsi ölkələrinə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio fevralın 25-də Karib Hövzəsi Ölkələri Birliyinin Hökumət Başçıları Konfransının (CARICOM) 50-ci toplantısında iştirak etmək məqsədilə Sent-Kits və Nevisə səfər edəcək.Bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Bildirilib ki, səfər çərçivəsində Marko Rubio Karib hövzəsi ölkələrinin rəhbərləri ilə regional təhlükəsizliyin daha da möhkəmləndirilməsi, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıqla mübarizədə əməkdaşlığın genişləndirilməsi, eləcə də regionda iqtisadi inkişafın sürətləndirilməsi, səhiyyə sahəsinin və enerji təhlükəsizliyinin təşviqi kimi əsas istiqamətləri müzakirə edəcək.

Избранный
14
7
anews.az

9Источники