RU

“Bu, ideal sayılmır” - Azərbaycanda çıxış edən qanalı

“Əsas məqsədimiz turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaqdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin müdafiəçisi İsaak Amoah deyib.

Qanalı legioner Premyer Liqanın son turunda “Sumqayıt”la qolsuz heç-heçə ilə nəticələnən qarşılaşmanı şərh edib:

“Biz hər zaman meydana qələbə qazanmaq üçün çıxırıq və bu baxımdan heç-heçə ideal nəticə sayılmır. Bununla belə, gərgin oyun oldu və müdafiədə intizamlı çıxış etdik.

İndi əsas məqsəd belə matçları qələbə ilə başa vurmağa başlamaqdır. Bunun üçün ilk növbədə sabit çıxış etməli və xal ehtiyatımızı artırmalıyıq.

Daha sonra isə daha yüksək pillələr barədə düşünə bilərik. Komanda olaraq mövsümü daha yaxşı vəziyyətdə başa vuracağımıza inanırıq”.

Избранный
31
sportinfo.az

1Источники