RU

“Fənərbaxça” öz meydanında xal itirdi

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Fənərbaxça” öz meydanında xal itirdi 

Türkiyə Superliqasının 23-cü tura yekun vurulub. 

QOL.az xəbər verir ki, turun son matçında "Fənərbaxça" öz meydanında "Kasımpaşa"nı qəbul edib. Son dəqiqələri dramatik keçən görüşdə qalib aşkarlanmayıb. 

"Fənərbaxça" - "Kasımpaşa" - 1:1

Qollar: Asensio, 90+5 (1:0), Allevinah, 90+11 (1:1)

Qırmızı vərəqə: Ben Ouanes, 90+3 (“Kasımpaşa”)

Bu heç-heçədən sonra xallarının sayını 53-ə çatdıran “Fənərbaxça” lider “Qalatasaray”dan iki xal geri qalır. “Kasımpaşa” isə 20 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
qol.az

4Источники