RU

“Milan“ın futbolçusu çənəsi sındığı üçün 2 ay yaşıl meydanlardan kənarda qalacaq

ain.az bildirir, Moderator.az portalına istinadən.

İtaliya təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik çənəsindəki sınıq səbəbindən təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Moderator.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu çənəsindən əməliyyat olunub. O, A Seriyasının XXVI turunda "Parma"ya uduzduqları ev oyununda zədələnib.

Loftus-Çik qarşılaşma zamanı rəqib komandanın qapıçısı Edoardo Corvi ilə toqquşub. Bundan sonra futbolçu xərəkdə meydandan çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Klubun açıqlamasında bildirilir ki, futbolçunun vəziyyəti hazırda yaxşıdır və o, artıq xəstəxanadan buraxılıb. Yarımmüdafiəçinin bərpa müddətinin təxminən səkkiz həftə çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Loftus-Çik 2025/2026 mövsümündə 27 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
3
moderator.az

4Источники