RU

İran onlara güvənib ABŞ-yə meydan oxuyurmuş

İran Rusiyadan 500 milyon avro dəyərində hava hücumundan müdafiə silahları alıb.Metbuat.az xəbər verir ki, ticarət gizli şəkildə həyata keçirilib. İddialara görə, Moskva administrasiyası Tehrana minlərlə "Verba" tipli çiyin atışlı raketlər verir. Bu radarsız sistemlər aşağı yüksəklikdə uçan təyyarələri hədəf alır. Bildirilir ki, Tehran, bu raketlərdən strateji obyektlərini qorumaq üçün istifadə edir. Sızdırılan sənədlərə görə, daşımalar hərbi yük təyyarələri vasitəsilə başlayıb.

Sızdırılmış Rusiya sənədlərinə və məsələyə yaxın mənbələrə görə, Rusiya İrana 500 "Verba" buraxılış qurğusu və 2500 "9M336" raketi çatdıracaq. Ekspertlər iddia edirlər ki, göndəriş artıq həyata keçirilib və hərbi qurğular İran İnqilab Keşikçilərinin əlinə keçib.

Избранный
36
metbuat.az

1Источники