RU

Trampın İran barədə planı bəlli oldu

Diplomatik səylər uğursuz olarsa, ABŞ Prezidenti Donald Tramp İrana qarşı məhdud, daha sonra isə daha geniş hərbi hücumu nəzərdən keçirir. Metbuat.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Mənbələr iddia edir ki, Tramp diplomatik səylər uğursuz olarsa, İran rejiminə nüvə silahı istehsalı imkanlarından imtina etməli olduğunu göstərmək üçün “hədəf hücum” variantını nəzərdən keçirir. Mənbələr iddia edirlər ki, nəzərdən keçirilən hədəflər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı, nüvə obyektləri və ballistik raket infrastrukturu var.

Onlar əlavə olaraq bildirir ki, bu addım da uğursuz olarsa, Tramp müşavirlərinə İran rejimini hakimiyyətdən uzaqlaşdırmaq məqsədi daşıyan daha geniş hərbi əməliyyatı nəzərdən keçirdiyini bildirib.

Избранный
2
1
metbuat.az

2Источники