RU

"Nyukasl"ın futbolçusu: "Qarabağ" Joni Montiellə arxadan yaxşı hücumlar qurur"

"Nyukasl" futbolçuları "Qarabağ"la matçda Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montieli diqqətdə saxlayacaqlar.

"Far.Az"un məlumatına görə, bunu "Nyukasl" klubunun futbolçusu Ceykob Merfi "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, "Qarabağ"ın zəif rəqib olmadığını vurğulayıb:

"Qarabağ" əslində çətin rəqibdir. Heyətlərində 9 nömərli futbolçu Joni Montiellə arxadan yaxşı hücumlar qururlar. Bu məqama diqqət yetirməliyik. Doğma meydanda çıxış etdiyimiz üçün öz oyun prinsiplərimizi tətbiq etməyə çalışacağıq".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Ceykob Merfi

Избранный
1
9
far.az

10Источники