RU

Avtomobilin USB portu ilə telefonu doldurmaq niyə səhvdir?

Avtomobillərdə quraşdırılan USB portları əsasən məlumat ötürülməsi (məsələn, Android Auto və ya CarPlay üçün) üçün nəzərdə tutulub və adətən zəif çıxış gücünə malikdir.

QHT.az xəbər verir ki, buna görə də telefonları bu port vasitəsilə doldurmaq çox yavaş baş verir və müasir, böyük batareyalı smartfonlar üçün kifayət etmir. Məsələn, Samsung Galaxy S25+ avtomobilin USB-C portuna qoşulduqda tam dolum üçün təxminən 2 saat 51 dəqiqə vaxt göstərib, halbuki adi adapterlə 30 dəqiqəyə 50%-ə qədər enerji yığmaq mümkündür.

Mütəxəssislər daxili USB əvəzinə 12V siqaret alışqanı yuvasına qoşulan güclü avtomobil adapterlərindən istifadə etməyi tövsiyə edirlər. Bu üsul daha yüksək güc təmin etdiyi üçün telefon və digər cihazları daha sürətli və səmərəli şəkildə doldurmağa imkan verir.

 

R.İmanov

Избранный
15
qht.az

1Источники