RU

La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?

Son 10 mövsümdə İspaniya La Liqasında yalnız iki yarımmüdafiəçi bir matçda 115-dən çox ötürmə edib və oyunu 97% və ya daha yüksək dəqiqliklə başa vurmağı bacarıb.

QOL.az xəbər verir ki, "Squawka" portalının məlumatına görə, bu göstəriciyə imza atan ilk futbolçu "Real"ın sabiq üzvü Toni Kroos olub. Almaniyalı oyunçu 2018-ci ildə "Xetafe" ilə matçda 119 ötürmə cəhdindən 117-sini dəqiq yerinə yetirərək 98% dəqiqlik nümayiş etdirib.

Bu siyahıya daxil olan ikinci oyunçu isə "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqdur. O, 2025/2026 mövsümünün 25-ci turunda "Levante"yə qarşı keçirilən və kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda yüksək effektivlik göstərib. De Yonq matç ərzində etdiyi 117 ötürmədən 114-nü ünvanına çatdıraraq 97% dəqiqlik qeydə alıb.

Bununla yanaşı, Frenki de Yonq həmin qarşılaşmada 4 qol vəziyyəti yaradaraq bu göstəricidə meydanın ən yaxşısı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
qol.az

2Источники