
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakislə görüşdə Egey və Aralıq dənizi ilə bağlı mübahisəli məsələləri müzakirə edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, Türkiyə lideri bununla bağlı xalqa müraciəti zamanı məlumat verib.
"Biz imzaladığımız sənədlərlə münasibətlərimizi yaxşılaşdırdıq", - Ərdoğan bildirib.
O əlavə edib ki, 2025-ci ildə Türkiyə ilə Yunanıstan arasında 7 milyard dollarlıq ticarət dövriyyəsi olub:
"Bunu 10 milyard dollar səviyyəsinə çatdırmağı arzulayırıq".