RU

Gürcüstanın Baş naziri: Kulevi limanı sanksiyaları pozmur

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

"Saakaşvilini xoşbəxt edən şey Gürcüstan xalqını xoşbəxt etmir"

“Gürcüstan Avropa Komissiyasına Kulevi limanı ilə bağlı tam məlumat təqdim edib və sanksiya rejiminə riayət etdiyini təsdiqləyib”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Qeyd edək ki, fevralın əvvəlində Avropa Komissiyası Rusiyaya qarşı iyirminci sanksiya paketi üçün təkliflər təqdim edib. Sənəddə Gürcüstandakı Kulevi limanına məhdudiyyətlərin tətbiq edilməsi ehtimalı nəzərdə tutulur. Aİ hesab edir ki, bu limanın Rusiyada istehsal olunan və ya Rusiya gəmiləri tərəfindən ixrac edilən Rusiya neft və neft məhsullarının dəniz daşınması üçün istifadə edilə bilər.

"Biz Avropa Komissiyasına Kulevi ilə bağlı tam məlumat təqdim etdik və bu məlumat sanksiya rejiminin pozulmadığını təsdiqləyir. Bu, Avropa Komissiyası ilə paylaşdığımız təkzibolunmaz məlumatlardır və buna əsasən ümid edirik ki, Kulevi sanksiyalara məruz qalmayacaq", - Kobaxidze bildirib.

Onun sözlərinə görə, hazırda sanksiya rejiminin pozulmasını göstərən heç bir dəlil yoxdur.

Kobaxidze həmçinin limanın ölkə üçün strateji əhəmiyyətini vurğulayıb və onun sanksiyalar paketinə daxil edilməsinin arzuolunmaz olacağı fikrini bildirib.

"Strateji obyektin sanksiyalar siyahısına daxil edilməsi yaxşı deyil. Bu, Mixail Saakaşvilini məmnun etdi. O Kulevinin sanksiyalara məruz qalmasını arzuladığını bildirdi. Lakin Saakaşvilini məmnun edən şey Gürcüstan xalqını məmnun etmir", - deyə o qeyd edib.

Xatırladaq ki, Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvili əvvəllər Kulevi limanına qarşı sanksiyaları dəstəkləyib və bunu Rusiyanın maraqlarına xidmət edən "şübhəli sxem" adlandırıb.

Bu arada, hakim "Gürcü Arzusu" Partiyası sanksiyaların mümkün tətbiqini şantaj cəhdi kimi qiymətləndirib və Kulevi terminalının Azərbaycan şirkəti SOCAR-a məxsus olduğunu və Azərbaycanın Avropaya neft və qaz tədarükçülərindən biri olduğunu qeyd edib.

Kulevidə fəaliyyət göstərən neft terminalı Azərbaycanın dövlət şirkəti SOCAR-a məxsusdur. Terminal 2008-ci ilin may ayında istifadəyə verilib. 2025-ci ilə qədər Kulevi terminalı 2,2 milyon ton xam neft və neft məhsulları, eləcə də digər neft, qaz və neft-kimya məhsulları emal etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
ayna.az

1Источники