RU

Gürcüstan qapıları bağlayır: Azərbaycanlılara KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda miqrantlara qarşı yeni peşə qadağalarının tətbiqi ilə bağlı qərarlar gündəmə gəlib. Məlumata görə, bu məhdudiyyətlər ölkədə yaşayan xarici vətəndaşların müəyyən sahələrdə fəaliyyətinə təsir göstərir. Qərarın əhatə dairəsi və tətbiq mexanizmi ictimai müzakirələrə səbəb olub. Qanunun Gürcüstanda yaşayan azərbaycanlıların məşğulluq imkanlarına necə təsir edəcəyi əsas suallardan biridir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Oqtay Qasımov Demokrat.az-a bildirib ki, orada yaşayan azərbaycanlılara bunun heç bir aidiyyəti yoxdur:

“Çünki bizim soydaşlarımız Gürcüstanın vətəndaşlarıdır, tam hüquqlu vətəndaşlardır və onlar üçün bunun hər hansı sıxıntısı yoxdur və ola da bilməz. Bu, əsas etibarilə kənardan gələn, başqa ölkə vətəndaşı olan insanlara təsir edəcək bir qanundur. Ona görə də bundan narahat olmağa dəyməz. Yəni soydaşlarımız, bir daha qeyd edirəm, Gürcüstanın vətəndaşları olduqlarından bu qanunun onlara heç bir aidiyyəti yoxdur”.

O deyib ki, bu qanunun qəbul olunmasının bir çox səbəbi ola bilər:

“Hər bir ölkə həm öz daxili əmək bazarını qorumağa çalışır, həm də təhlükəsizlik məsələləri ilə bağlı tədbirlər görür. Hazırda dünyada ciddi proseslər gedir və hər bir ölkə bu tip məsələlərlə bağlı kifayət qədər ciddi qərarlar qəbul etmək məcburiyyətindədir. Bu baxımdan, Gürcüstanın qəbul etdiyi qərarı obyektiv şəkildə dəyərləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, region hazırda böyük güclərin maraq dairəsindədir və burada ciddi rəqabət gedir. Ona görə də bu qərarın qəbulu müəyyən mənada anlaşılırdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
konkret.az

2Источники