RU

Diabetli olub oruc tutanlar üçünvacib xəbərdarlıqlar


Mütəxəssislər diabet xəstələrinin oruc tutmazdan əvvəl tibbi müayinədən keçməli olduqlarını vurğulayırlar.

Medicina.az xəbər verir ki, oruc zamanı diabet xəstələrində yaşanan dəyişikliklər stress hormonlarını artıraraq qan şəkəri səviyyəsində dalğalanmalara səbəb ola bilər.

Diabet xəstələri Ramazan ayında qidalanmalarına diqqət yetirməlidirlər. Səhər yeməyini (sahur) qəti şəkildə buraxmamalı, proteinlə zəngin və toxluq hissi verən qidalara üstünlük verilməlidir. Həddindən artıq yağlı və duzlu qidalardan çəkinmək lazımdır.

Axşam yeməyində (iftarda), yüngül bir yeməklə orucu açdıqdan sonra tərəvəz yeməkləri, salatlar, qızardılmış ət və ya toyuq kimi balanslı qidalara üstünlük verilməlidir. Kalori və maye qəbulunun balansına diqqət yetirilməlidir. İftar və sahur arasında kifayət qədər su içməyə diqqət yetirilməlidir.

Gündəlik ən azı 1,5-2 litr su qəbulu tövsiyə olunur. Kofeinli içkilər (çay, qəhvə) bədəndən su itkisini artırdığı üçün həddindən artıq qəbul edilməməlidir.

Oruc zamanı dərman dozasını necə tənzimləmək barədə həkimə müraciət etmək vacibdir. Dərmanların dozası və qəbul vaxtı oruc müddətinə uyğun olaraq yenidən tənzimlənməlidir. Oruc zamanı qan şəkərinin müntəzəm monitorinqi vacibdir. Qan şəkərini yoxlamaq orucu pozmur, lakin hiperqlikemiya hallarında orucun dayandırılması lazım gələ bilər.

Mütəxəssislər diabet xəstələrinihiperqlikemiya simptomları barədə xəbərdar edirlər. Hipoqlikemiya simptomlarına titrəmə, tərləmə, ürək döyüntüsü, qarın və ya baş ağrısı, bulanıq görmə və danışmaqda çətinlik daxildir.

Bu simptomlar görünəndə qan şəkəri ölçülməlidir. Hipoqlikemiya qan şəkəri 70 mq/dL-dən aşağı düşdükdə baş verir və bu halda oruc dərhal pozulmalı və sürətli təsir göstərən karbohidratlar (məsələn, 3-4 qlükoza tableti, şəkərvə ya meyvə suyu) istehlak edilməlidir. Eynilə, qan şəkərinin səviyyəsi çox yüksək olarsa (300 mq/dL-dən yuxarı) və ya diabetik ketoasidoz əlamətləri (ağız quruluğu, keton qoxusu verən nəfəs, dərin nəfəs alma, çaşqınlıq) görünərsə, dərhal tibbi yardım almaq və orucu bitirmək vacibdir.

Kimlər oruc tutmamalıdır?

Bəzi diabet xəstələri yüksək risk qrupuna daxildir və ciddi həyati təhlükə yaradan risklərə görə oruc tutmaq tövsiyə edilmir. Bu qruplar aşağıdakı kimi sadalanır:

1-ci tip diabet xəstələri,

Tez-tez hipoqlikemiya yaşayan və ya hipoqlikemiya barədə məlumatlılığı az şəxslər,

Qan şəkərinə nəzarəti zəif olanlar,

Tək yaşayan və əlavə xəstəlikləri olan yaşlı diabet xəstələri,

Ağır böyrək çatışmazlığı olan və ya dializ keçirənlər,

Hamilə diabet xəstələri,

Diabet koması, hipoqlikemiya və ya hiperqlikemiya səbəbindən bu yaxınlarda xəstəxanaya yerləşdirilən şəxslər,

İrəliləmiş ürək-damar xəstəliyi və ya insult tarixçəsi olanlar,

Fiziki cəhətdən çətin işlərdə çalışan diabet xəstələri.

Aygün
Medicina.az



Избранный
9
1
medicina.az

2Источники