RU

Bir saat ərzində qəfil ölüm sindromu– Nədir, necə baş verir?



Qəfil ölüm sindromu (QSS), zahirən sağlam insanda ilk simptomlardan bir saat sonra baş verən gözlənilməz ölümdür. Bu faciəli hadisə istənilən yaşda baş verə bilər.

Medicina.az xəbər verir ki, kardioloq Oleq Varfolomeev son zamanlar artan sindrom barədə vacib bilgilər paylaşıb.

"Həkimlər bunu "başlanğıcda klinik ölüm" adlandırır - zahirən sağlam bir insanın qəfildən yıxılıb bir saat ərzində ölməsi. Bəs bu hal həqiqətən bu qədər qəfildirmi? Əgər insanlar tələb olunan tibbi müayinələrdən keçsəydilər, illərdir bədəni aşındıran bir çox gizli patologiyalar aşkarlanar və gözlənilməz ölümlər daha az olardı."

Kardioloqun sözlərinə görə, yetkinlərdə qəfil ölümlərin əsas hissəsi (80-90%) diaqnozu qoyulmamış koronar arteriya xəstəliyi (KAX) və miokard infarktı ilə əlaqələndirilir. Risk qrupuna 45 yaşdan yuxarı kişilər, siqaret çəkənlər, hipertoniya və diabet xəstələri daxildir.

"Qəfil ölümün 10 halından səkkizi ürək-damar hadisələrinin nəticələrindən baş verir. Eyni zamanda, insan heç bir sağlamlıq problemindən şikayət etməyə və hətta yaxınlaşan fəlakətdən şübhələnməyə də bilər”.

Ən məkrli ürək "qatilləri":

Koronar ürək xəstəliyinin hər beş halından biri sinə ağrısı və ya sıxılma kimi klassik simptomlar olmadan baş verir. Bir gün ürəyi tamamilə dayanana qədər insan adətən gərginlik və yorğunluqla əlaqəli bəzi narahatlıqlar hiss edə bilər.

Gizliaritmiya

Adi müayinələr zamanı aşkarlanması olduqca çətin olan ürək patologiyaları, Brugada sindromu və digər genetik anomaliyalar var . Bu anomaliyalar yalnız fiziki güclənmə və ya yuxu zamanı qəfil ölümlə özünü göstərir.

Ürəyin genişlənməsi

Ürəyin tədricən genişlənməsi ilə xarakterizə olunan (onun kameraları genişlənir və əzələlər incəlir və zəifləyir, qanı effektiv şəkildə pompalamaq qabiliyyətini itirir) dilatasiya olunmuş kardiomiopatiya adlanan bir vəziyyət var. Bu baş verdikdə, insan həmçinin qəfil ölüm sindromundan (QSS) əziyyət çəkmək riski altındadır. Bu vəziyyət virus infeksiyaları (məsələn, qrip, COVID-19), uzun müddətli spirtli içki qəbulu və B1 vitamini (tiamin) və selen çatışmazlığı olan qidalanma səbəbindən yarana bilər.

Aygün Musayeva


Избранный
11
1
medicina.az

2Источники