RU

Ağbənd–Kəlalə avtomobil körpüsü Şərqi Zəngəzuru Naxçıvanla ən qısa marşrutla birləşdirəcək

Bakı. Trend:

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb vəsərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonrakörpünün istismara verilməsi nəzərdə tutulur.

Trend xəbərverir ki, bunu Baş nazirin müavini, Komissiyanın Azərbaycantərəfindən həmsədri Şahin Mustafayev Bakıda keçirilən iqtisadi,ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İranDövlət Komissiyasının 17-ci iclasında deyib.

O bildirib ki, sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunuNaxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eynizamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişliavtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.

Eyni zamanda, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinininkişafı, regionun logistik imkanlarının və tranzit potensialınıngenişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementihesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi genişmüzakirə olunub. Bildirilib ki, bu xəttin istifadəyə verilməsiŞimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədəartıracaq və çatdırılma müddətini qısaldacaq.

Избранный
18
5
az.trend.az

10Источники