RU

Bəhlulun vəziyyəti yaxşı deyil

Milli.az saytına istinadən ain.az xəbər verir.

"Bəhlul Mustafazadənin vəziyyəti qənaətbəxş deyil".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O, bildirib ki, fevralın 18-də keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadə yaxşı mövsüm keçirib, ancaq belə qarşılaşmalarda bu cür zədələr qaçınılmazdır.

Baş məşqçi transfer məsələsi barədə də danışıb:

"Hər mövqeyə transfer etmək istəyirik. Qarşıda bir neçə ay vaxtımız olsa da, baxışlara indidən başlamışıq. Təbii ki, əvvəlcə ölkə daxilində uğur qazanmaq lazımdır".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
5
news.milli.az

10Источники