RU

"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb

"AzRe Təkrarsığorta" ASC 2025-ci ili 22 milyon 351 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 24 milyon 242 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AzRe Təkrarsığorta"nın xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 1 milyon 891 min manat və ya 7,8% azalıb.

Marja.az xəbər verir ki, "AzRe Təkrarsığorta"nın əsas əməliyyat gəlirləri 2024-cü ildə 85 milyon 796 min manat ikən, 2025-ci ildə 111 milyon 171 min manata yüksəlib (25 milyon 375 min manat və ya 29,6% artıb).

Lakin ötən il xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə xərcin 10,5 milyon manat, əsas əməliyyat xərclərinin və işlərin aparılması xərclərinin cəmi 11 milyon manat artması "AzRe Təkrarsığorta"nın mənfəətinin düşməsinə səbəb olub.

"AzRe Təkrarsığorta" ASC Azərbaycanda yerləşən və təkrarsığorta fəaliyəti üçün Azərbaycan Respublikası Mərkəzi Bankından lisenziya almış təkrarsığorta şirkətidir. 

Избранный
14
1
marja.az

2Источники