RU

İrqçi davranışına görə "Real"la oyunu buraxacaq

style='margin-bottom:10px;'>

"Benfika"nın hücummeyilli yarımmüdafiəçisi Cankuja Prestyanni Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Real"a qarşı keçiriləcək cavab oyununda iştirak etməyəcək.

QOL.az xəbər verir ki, UEFA futbolçunun bir oyunluq müvəqqəti kənarlaşdırılması barədə qərar qəbul edib. Futbolçunun cəzalandırılması qurumun Lissabondakı ilk matçla bağlı apardığı araşdırmanın aralıq hesabatına əsasən gerçəkləşib. 

Xatırladaq ki, həmin görüşdə Vinisius Junior Prestyannini irqçi davranışlarda ittiham edib. "Benfika"nın oyunçusu isə braziliyalının onu səhv başa düşdüyünü iddia edib.

UEFA-dan bildirilib ki, ilkin araşdırmalar zamanı Prestyanni tərəfindən diskriminasiya xarakterli davranışın əlamətləri müəyyən edilib. Bu qərar həm də o deməkdir ki, araşdırmanın sonunda futbolçu daha uzunmüddətli diskvalifikasiya edilə bilər.

Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması fevralın 25-də Madriddə keçiriləcək.

Избранный
14
2
teleqraf.com

3Источники